Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var

TikTok-un sahibi və ByteDance şirkətinin qurucusu, 43 yaşlı Çjan İmin Asiyanın ən varlı şəxsinə çevrilib.
Bloomberg-in milyarderlər reytinqinə əsasən, onun sərvəti 105 milyard dolları ötüb.
2019-cu ilin martından indiyədək Çjan İminin sərvəti səkkiz dəfədən çox artıb. Təkcə son bir ay ərzində onun var-dövləti 12 milyard dollardan çox yüksəlib.
Milyarderin sərvətinin sürətlə artmasının əsas səbəbi ByteDance şirkətinin süni intellekt sahəsində innovasiyalarının inkişafı göstərilir.
Çjan İmin bu yüksəliş nəticəsində hindistanlı milyarder Qautam Adanini geridə qoyaraq Asiyanın ən varlı şəxsi olub.
Çjan İmin 1983-cü ildə Çində anadan olub. Proqram mühəndisliyi təhsili alan sahibkar 2012-ci ildə Pekində ByteDance şirkətini yaradıb. Şirkətin ilk böyük məhsullarından biri istifadəçilərə fərdiləşdirilmiş xəbərlər təqdim edən Toutiao platforması olub.
ByteDance 2016-cı ilin sentyabrında Çin bazarı üçün qısa video platforması Douyin-i istifadəyə verib. TikTok isə beynəlxalq bazar üçün 2017-ci ildə yaradılaraq istifadəyə verilib. 2017-ci ilin sonunda ByteDance Musical.ly platformasını satın alıb, 2018-ci ildə isə onu TikTok-la birləşdirib.
Çjan İmin 2021-ci ildə ByteDance-ın baş direktoru vəzifəsindən ayrılıb. Onun qurduğu şirkətin uğurunda istifadəçinin maraqlarını müəyyənləşdirən tövsiyə alqoritmləri və süni intellekt texnologiyaları mühüm rol oynayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
31 avqust 2026, Bazar ertəsi
Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - TƏHLİL
Şərhlər (0)



