Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan QHT-ləri ilə bağlı erməni mediasına yalan məlumat verib.
Musavat.com bununla bağlı hüquqşünas, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov məlumat verib.
S.Məmmədov deyib ki, bu günlərdə İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyasıda Ermənistan rəsmi nümayəndə heyəti Azərbaycan QHT təmsilçilərinin təqdim etdiyi faktlar qarşısında çıxılmaz vəziyyətdə qalıblar: “Onlar Azərbaycana qarşı növbəti dəfə yalan və böhtanlar səsləndirməyə cəht etdilər. Amma sessiyadan qabaq biz işimizi görmüşdük. Bizim və Beynəlxalq Avrasiya Mətbuat Fondunun alternativ hesabatları BMT-nin veb səhifəsində açıq yerləşdilmişdi. Birgə bəyanatımız əvvəlcədən Komitə üzvlərinə elektorn və əlbəəl çatdırlmışdı. Bəyanata girov götürlümüş 71 uşağın şəxkilləri, yaşları, cinsi, girov götürüldüyü konkret tarixləri əks etdirən siyahı təqdim olunmuşdu. BAMF prezidenti Umud Mirzəyevin və mənim rəhbərlik etdiyim hesabatla əlaqədar QHT Komitənin prezidenti cənab Juan Alban-Alencastro və komitə üzvləri üçün bir saat yarım davam edən qapalı brifinq keçirib. Bəyantı səslədirib və çoxsaylı suallara cavab verib”.
S.Məmmədov digər məqamları da bölüşdü: “Ermənistan tərəf hesabata başlayandan sonra təbii ki, gözləmədikləri sual atəşinin altına düşərək, çaş-baş qaldılar və ümumi cavablarla “bu, humanitar məslədir, Azərbaycan QHT-ləri birtərəfli məlumat verməli deyildi”, “biz bu məsəni sülh prosesi çərçivəsində araşdıacağıq” kimi cavablarla suallardan yayınmağa çalışdılar. Amma 5 qitəni təmsil edən komitə üzvləri təcrübəli şəxslər idi. Kütləvi məzar yerlərindən tutmuş, girov uşaqlara qədər, qadınlarla bağlı və s. açıq suallar verdilər. Hamısının də əlində bizim alternativ hesabatlar, bəyanat və digər məlumatlar. Onlar sual verirdilər ki, məcburi yoxa çıxarılmışların varisləri nə qədər gözləməlidilər, təhqiqat aparılırmı, cinayətkarlər məsuliyyətə cəlb edilibmi, qurbaların vərəsələrinə kompensasiya verəcəksinizmi və s. Bu suallara cavab vermək çətin idi”.
S.Məmmədov xatırıatdı ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyinin daha əvvəllərdə BMT-nin BMT-nin İşgəncələr Əleyhinə Komitəsi həm də BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Ermənistanın dövrü hesabatlarına alternativ hesabatlar vermiş və sessiyaqabağı proseslərdə iştirak edib: “Nəticədə hər iki Komitə Yekun sənədində Ermənistana qarşı tələblər irəli sürmüşdür. Bu baxımdan Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin üzvləri Ermənistanın BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 25 noyabr–13 dekabr 2024-cü il tarixlərində keçirdiyi 114-cü sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələrin (concluding observations) 31 və 32-ci paraqraflarında ifadə olunan tövsiyələri (məhz itkin düşmüş şəxslərin irqi zəmində məhv edilməsi və indiyədək onların teleləri haqqında məlumatın verilməməsi) niyə yerinə yetirmədiklərini sual verəndə də ciddi cavab ala bilmədilər. Yenə də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyinin BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Ermənistanın 5-ci dövrü hesabatına verdiyi alternativ hesabat əsasənda İşgəncələr Əleyhinə Komitə 7 aprel–2 may 2025-ci il tarixlərində keçirdiyi 82-ci sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələr sənədində əsir və girovların işgəncə və əzabla qətlə yetirilməsindən narahatlıq ifadə etmişdir və Ermənistandan cinayətkarların tapılıb cəzaladırlmasını və qurbanların ailələrinə kompensasiya verilməsini tələb edib. Komitə üzvləri bu tələbin də yerinə yetirilmədiyini Ermənistanın rəsmi nümayəndə heyətinin diqqətinə çatdırıb. Sonra Ermənistan XİN müavini etiraf çıxışına oxşar bir çıxış etməli olub. Amma Ermənistan mediasına yumuşaq desək, tam yanlış məlumatlar veriblər”.
Qeyd edək ki, Ermənistan XİN rəzil günə düşdüyünü ört-basdır etməkdən ötrü erməni ictimaiyyətini aldatmağa cəhd edib. Musavat.com erməni mediasına istinadən bildirir ki, Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisoqomonyan iddia edibki, erməni tərəfi Azərbaycan QHT-lərinin etdiyi kimi, humanitar məsələlərin birtərəfli qaydada təqdim olunmasını düzgün hesab etmir. O əlavə edib ki, münaqişə onilliklər boyu davam edib: “Bakıda hələ də 19 erməni saxlanılır, 1990-cı illərdən bəri isə təxminən 800 erməni itkin düşmüş hesab olunmaqda davam edir. Ermənistan tərəfi itkin düşmüş ermənilər məsələsini müntəzəm olaraq qaldırıb”.
Erməni rəsmi iddia edib ki, Azərbaycan QHT-ləri tərəfindən təqdim olunan hesabatlarda bir sıra rəqəmlər yer alıb, lakin onlarda həmin rəqəmlərin mötəbərliyini sübut edən heç bir aydınlıq yoxdur: “Bu rəqəmlər Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyasından (ICMP) deyil, Azərbaycan mənbələrindən götürülüb”. Daha sonra o, absurd şəkildə iddia edib ki, Azərbaycan tərəfinin təqdim etdiyi məlumatlar guya Azərbaycanın digər qurumları tərəfindən dərc olunan məlumatlardan da fərqlənir. O, həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycan hazırda bu məsələdə əməkdaşlıq yoluna qədəm qoyublar. Abisoqomonyan 2023-cü ildə “Artsax” adlandırdığı Qarabağdan guya 130 000 erməninin köçürüldüyü iddiasını da yalanlarına əlavə edib. Ermənistan xarici işlər nazirinin müavini bu məsələyə müstəsna olaraq humanitar problem kimi baxaraq, ikitərəfli və çoxtərəfli səviyyədə, o cümlədən Azərbaycanla əməkdaşlığın vacibliyini vurğulayıb. Onun qiymətləndirməsinə görə, regionda bərqərar olmuş sülh bunun üçün əlverişli şərait yaradıb. Sülh sazişi prosesinin gedişi barədə sualı cavablandıran Robert Abisoqomonyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi danışıqlar zamanı artıq razılaşdırılıb və yekun olaraq tamamlanıb. Hazırkı mərhələdə yalnız onun imzalanması və ratifikasiya edilməsi qalır.
Bu şəraitdə itkin düşənlər və əməkdaşlıq haqqında müddəalar Ermənistan və Azərbaycan arasında artıq razılaşdırılıb və onun qiymətləndirməsinə görə, indi məsələ bu əməkdaşlığın institusionallaşdırılmasına aiddir. Cinayət işlərinin dayandırılmasından danışan Abisoqomonyan qeyd edib ki, sülh müqaviləsi imzalanana qədər belə bir addım atılmayıb. Bununla yanaşı, sülh müqaviləsi imzalandıqdan sonra 15-ci maddəyə uyğun olaraq beynəlxalq iddiaların geri götürüləcəyi barədə razılıq əldə olunub. Ermənistan tərəfinin nümayəndələri həmçinin bildiriblər ki, itkin düşənlər məsələsi həm Avropa İnsan Hüquqları Məhkəməsində, həm də BMT-nin Beynəlxalq Məhkəməsində qaldırılıb.
Göründüyü kimi, Ermənistan Azərbaycana qarşı törətdiyi cinayətləri etiraf edib, itkin düşən vətəndaşlarımızla bağlı faktları açıqlamaqdansa, saxta iddialar irəli sürür. Bu isə rəsmi İrəvanın sülh bəyanatlarının həqiqiliyini şübhə altına alır.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)



