Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI

Azərbaycanın ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qrupları, tədris Azərbaycan dilində və digər dillərdə aparılan I-XI siniflər, eləcə də azsaylı xalqların dillərinin öyrədildiyi siniflər üçün tədris planları təsdiqlənib.
Sənədlə uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumi təhsil müəssisələrində təşkil olunan fərdi təhsili üçün də tədris planları müəyyənləşdirilib.
Bundan əlavə, “Bakı şəhəri “Vətən” idman liseyi”, “Bakı şəhəri 1 nömrəli idman liseyi” və “Gəncə şəhəri idman liseyi”ndə ümumtəhsil fənlərinin tədrisinin təsdiq olunmuş planlara uyğun təşkili nəzərdə tutulub.
Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət edəcək.
Əmrin icrasına nəzarət elm və təhsil nazirinin müavini Həsən Həsənliyə həvalə olunub.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
10 mart 2026, Çərşənbə axşamı
Prezident ilham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
13 noyabr 2025, Cümə axşamı
Bir uşağın məktəbəqədər təhsili üçün aylıq xərci dövlətin verdiyi puldan 6 dəfə çoxdur - Nazir
Şərhlər (0)


