Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq

Torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar artırılır.
“Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət əhəmiyyətli yolların, tunellərin (metro tunelləri daxil olmaqla), magistral neft və qaz boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikilməsi və quraşdırılması; dəniz və hava limanlarının və ya aerodromların, dəmiryolu, metropoliten və tramvay stansiyalarının, depoların tikilməsi və genişləndirilməsi torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına daxil edilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)




