Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan millisinin heyəti açıqlandı

18 sentyabr 2026, Cümə
0
0
Azərbaycan millisinin heyəti açıqlandı
 
Azərbaycan milli komandasının növbəti oyunlar üçün heyəti açıqlanıb.
 AFFA-nın yaydığı siyahıda 30 futbolçu yer alıb.
 
Heyətdə 3 qapıçı, 10 müdafiəçi, 13 yarımmüdafiəçi və 4 hücumçu var.
 
Qapıçılar: Aydın Bayramov, Rəvan Mirzəmmədov, Emil Balayev.
 
Müdafiəçilər: Bədavi Hüseynov, Murad Xaçayev, Cəlal Hüseynov, Anton Krivotsyuk, Rahil Məmmədov, Elvin Bədəlov, Rəhman Daşdəmirov, Toral Bayramov, Tellur Mütəllimov, Rüfət Abbasov.
 
Yarımmüdafiəçilər: Ceyhun Nuriyev, Edqar Adilxanov, Emin Mahmudov, Fərid Yusifli, Rəhim Sadıxov, Rüfət Abdullazadə, Emil Səfərov, Abdulla Xaybullayev, Aleksey İsayev, Oruc Məmmədov, Ayxan Hüseynov, Anatoli Nuriyev, Mustafa Əhmədzadə.
 
Hücumçular: Vüsal İsgəndərli, Musa Qurbanlı, Mahir Emreli, Renat Dadaşov.
 
Qeyd edək ki, Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də saat 17:00-da "Darius and Girėnas" stadionunda Litva, oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, həmçinin oktyabrın 4-də saat 17:00-da 8-ci km stadionunda Litva yığması ilə qarşılaşacaq.
Şərh yaz
Şərhlər (0)