Dünyanın milyarderlər xəritəsi dəyişir - Qonşu ölkə ilk dördlükdə

Rusiyada dollar milyarderlərinin sayı ötən il 18 faiz artaraq 151 nəfərə çatıb. Ölkə bu göstəriciyə görə dünyada dördüncü yeri tutub.
Milyarderlərin sayının və onların ümumi sərvətinin artmasına valyuta məzənnələri, faiz dərəcələri və xammal satışından əldə olunan gəlirlərin yüksəlməsi təsir göstərib.
Mütəxəssislərin bildirdiyinə görə, neft istisna olmaqla digər xammal məhsullarından gəlirlərin artması da mühüm rol oynayıb. Buna Rusiyanın xarici ticarətinin daha çox Asiya istiqamətinə yönəlməsi şərait yaradıb.
“Bu qrupun sayı və onların ümumi sərvətinin həcmi valyuta məzənnələri və faiz dərəcələrinin əlverişli təsiri, həmçinin ticarətin Asiyaya yönəlməsi fonunda xammal məhsullarından, neft istisna olmaqla, gəlirlərin artması sayəsində yüksəlib”, – ekspertlər bildiriblər.
Hazırda Rusiyada 151 dollar milyarderi var.
Analitiklərin məlumatına görə, Moskva adətən milyarderlərin sayına görə dünyanın ilk 15 şəhəri sırasına daxil olur. Lakin bu il mövcud məlumatların məhdudluğu səbəbindən Moskva reytinqə daxil edilməyib.
Milyarderlərin sayına görə dünyanın ilk beş şəhəri isə Nyu-York, Honkonq, San-Fransisko, London və Sinqapur olub.musavat.com
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
21 avqust 2026, Cümə
ABŞ iqtisadi müharibəyə başladı: İranın neft ixracı tam dayandı - Azərbaycana necə təsir edəcək?
31 avqust 2026, Bazar ertəsi
Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - TƏHLİL
Şərhlər (0)


