Rus dilinə arxa çevirmişdi, indi dərsə gedir – Putinin müşaviri Paşinyanı ələ saldı

Ermənistanın baş naziri Nikol Paşinyanın rus dili dərslərinə getməsi Moskvada diqqətdən yayınmayıb.
Rusiya prezidentinin müşaviri Yelena Yampolskaya bununla bağlı Paşinyana eyhamlı açıqlama verib.
“Belə maraq, ümumiyyətlə, sevindirməyə bilməz. Hərçənd bu açıqlama gözlənilməz idi. Çünki ŞƏT-in son sammitində MDB ölkələrinin liderləri arasında rus dilində çıxış etməyən yeganə şəxs Nikol Paşinyan olmuşdu. Amma görünür, o da rus dili olmadan keçinə bilmir”, – Yampolskaya bildirib.
Qeyd edək ki, Paşinyan sentyabrın 17-də Ermənistan hökumətinin iclasında hazırda İdarəçilik Akademiyasında rus dili dərslərinə getdiyini açıqlayıb. Baş nazir bunu dövlət idarəçiliyində çalışan şəxslər üçün ingilis dilinin məcburi edilməsi təklifinin müzakirəsi zamanı bildirib.
Yampolskaya həmçinin İrəvandakı “Moskva Evi”nin gələn həftədən başlayacaq pulsuz rus dili kursları elan etdiyini və çoxsaylı Ermənistan vətəndaşlarının bu kurslara maraq göstərəcəyini bildirib.
Daha çox xəbər:
31 avqust 2026, Bazar ertəsi
Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - TƏHLİL
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
25 iyul 2026, Şənbə
Eltun Süleymanov : "Ulu Öndər Heydər Əliyevdən Prezident İlham Əliyevə uzanan dil siyasəti dövlətçiliyin milli yaddaş kodudur"
18 dekabr 2025, Cümə axşamı
Kremlin Paşinyana nifrətinin səbəbləri bəlli oldu: "Qarabağdan və soyqırımdan imtina etdin, kilsəni...
Şərhlər (0)

