Telefon:
+994 55 670 70 88
Xəbərçi » Təhsil » Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI

Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI

22 sentyabr 2026, Çərşənbə axşamı
6
0
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
 
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək. 
 
 Tofiq İsmayılov adına 6 nömrəli lisey,  Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada 2026-cı il 22-26 sentyabr tarixlərində tədris distant (məsafədən) formada təşkil ediləcək.
Şərh yaz
Şərhlər (0)