Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Amerikalı general Şəhidlər xiyabanına getdi - Fotolar

Amerikalı general Şəhidlər xiyabanına getdi - Fotolar

06 noyabr 2025, Cümə axşamı
3
0
Amerikalı general Şəhidlər xiyabanına getdi - Fotolar
 
ABŞ-nin Oklahoma Milli Qvardiyasının Birgə Qərargahlar rəisi briqada generalı Kolbi Uaytın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. 
 
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
 
Bildirilib ki, ABŞ nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
 
 Azərbaycanın müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov ABŞ nümayəndə heyəti ilə görüşüb.
 
Görüşdə Azərbaycanla ABŞ-nin Oklahoma ştatı arasında ikitərəfli hərbi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər müzakirə edilib. 
 
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
 
Şərh yaz
Şərhlər (0)