İtkin şəhidlərimiz dəfn olundu - Fotolar - Yenilənib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Azər Zirəddin oğlu Bayramovla vida mərasimi keçirilib.
“ “Report” xəbər verir ki, Bakının Xətai rayonunda mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu gün eyni zamanda digər itkin-şəhidlər Əliyar Fərrux oğlu Əliyev və İlham İmdad oğlu Mehdiyevlə də vida mərasimi keçirilib.
Mərasimlər başa çatdıqdan sonra onların nəşinin qalıqları Suraxanı rayonu “Dədə Qorquq” qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhidlər Azər Bayramov, Əliyar Əliyev və İlham Mehdiyev Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak ediblər. A.Bayramov 8 may və Ə.Əliyev 5 may 1992-ci ildə Şuşa şəhərində, İ.Mehdiyev isə 26 fevral 1992-ci ildə Xocalı şəhərində itkin düşmüş hesab edilirdi.
***
33 il sonra tapılan itkin şəhidlər dəfn olunublar.
Şəhidlərin nəşlərinin qalıqları Suraxanı rayonu “Dədə Qorquq” qəbiristanlığındakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində onların yaxınları, dövlət, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.








Daha çox xəbər:
25 oktyabr 2025, Şənbə
Xətai Rayonunda Təhlükəsizliyin Sütunu: Polis Polkovniki Vaqif Müslümovun Fədakar Xidməti
23 oktyabr 2025, Cümə axşamı
Bakıda mikrotunel tipli yeni kanalizasiya kollektorlarının inşasına başlanılıb
27 oktyabr 2025, Bazar ertəsi
Vanqa mifi – milyonlarla insan hələ də saxta “öncəgörən”in kəramətinə inanır
Şərhlər (0)


