6 il sonra görüşüb 2 saat müzakirə apardılar - Video - Yenilənib

Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın Busan şəhərində bir araya gəliblər.
“Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Çin–ABŞ münasibətləri, eləcə də, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparıblar.
“Düşünürəm ki, uzun müddət ərzində fantastik münasibətlərimiz olacaq və sizinlə birlikdə olmaq bizim üçün şərəfdir”, - Tramp bildirib.
***
Busanda Si Cinpinlə Donald Tramp arasında keçirilən danışıqlar 1 saat 40 dəqiqə davam edib. Görüşün təfərrüatı hələlik açıqlanmayıb.
Danışıqların əvvəlində Si Cinpin iki ölkə arasında münasibətlərin davamlı və mütərəqqi inkişafının vacibliyini vurğulayıb. O bildirib ki, Çin və ABŞ nümayəndə heyətləri əsas ticarət və iqtisadi fikir ayrılıqları üzrə razılığa gəliblər.
Donald Tramp isə öz növbəsində Si Cinpinlə görüşün uğurlu nəticələr verəcəyinə inandığını söyləyib.
Qeyd edək ki, tərəflər sonuncu dəfə 2019-cu ildə Osakada G20 sammiti çərçivəsində görüş keçiriblər.
<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/215290.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>
Daha çox xəbər:
27 oktyabr 2025, Bazar ertəsi
Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi enerji istehsalçı ölkələr arasında Xəzər dənizi vasitəsilə enerji əməkdaşlığı genişlənir
28 oktyabr 2025, Çərşənbə axşamı
Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır: Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək
Şərhlər (0)

