Leyla və Arzu Əliyevalar Qaxda açılışda - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib.
“Açılış mərasimi çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.
Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş, o cümlədən 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs təbii mühitə buraxılıb.
Açılış mərasimi çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva həmçinin Əyriçaya 20 min balığın buraxılmasında iştirak ediblər. Buraxılan balıqların 5 mini forel, 15 mini isə sazan növünə aiddir.
Qeyd edək ki, Axar-Baxar Milli Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 14 iyul tarixli müvafiq Sərəncamı ilə yaradılıb. Yeni Milli Park xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılıb.




Daha çox xəbər:
28 oktyabr 2025, Çərşənbə axşamı
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO
28 oktyabr 2025, Çərşənbə axşamı
Prezident Horovlu kəndində sakinlərlə görüşüb, mənzillərin açarlarını təqdim edib - FOTO - Yenilənib
27 oktyabr 2025, Bazar ertəsi
Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib -Fotolar
25 oktyabr 2025, Şənbə
Xətai Rayonunda Təhlükəsizliyin Sütunu: Polis Polkovniki Vaqif Müslümovun Fədakar Xidməti
Şərhlər (0)

