Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Qarğıdalı sahəsində narkotik əkdi

Qarğıdalı sahəsində narkotik əkdi

08 sentyabr 2026, Çərşənbə axşamı
2
0
Qarğıdalı sahəsində narkotik əkdi
 
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
 
Daxili İşlər Nazirliyindən  bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb. Ondan rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 169 ədəd çətənə kolu və 21 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.
 
Faktla bağlı cinayət işi başlanılıb, E.Gəncəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
Şərhlər (0)