Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

29 iyun 2026, Bazar ertəsi
4
0

Çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş 61 yaşlı Həzrətəli Abdullayevi saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ondan çay sahilində meşəlik ərazidə əkdiyi çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, H.Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərh yaz
Şərhlər (0)