DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 13-14-də polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində ölkə ərazisində qeydə alınan 78 cinayət hadisəsinin, həmçinin əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Həyata keçirilən tədbirlər zamanı axtarışda olan ümumilikdə 83 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 54 nəfəri borclu şəxs qismində axtarışda olub. Eyni zamanda, cinayət törətməkdə şübhəli bilinən 69 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində 26 fakt aşkarlanıb. Əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32,7 kiloqrama yaxın narkotik vasitə və 1807 ədəd güclü təsiredici xassəyə malik həb qanunsuz dövriyyədən çıxarılaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfərin yeri müəyyən edilərək tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Qanunsuz narkotik tərkibli bitkilərin yetişdirilməsi və yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Bundan başqa, yabanı halda bitmiş ümumi çəkisi 670 kiloqram olan 12 min 880 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində aparılan əməliyyat tədbirləri zamanı paytaxt və respublikanın müxtəlif rayonlarında 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Ümumilikdə qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 12 fakt müəyyən olunub.
Daxili İşlər Nazirliyi tərəfindən cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz silahlanmaya qarşı qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.
Daha çox xəbər:
13 aprel 2026, Bazar ertəsi
Polisdən son əməliyyatlar - 2 günə onlarla cinayət açıldı, narkotik və axtarışda olan şəxslər saxlanıldı
13 may 2026, Çərşənbə
DİN: Ölkə üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində onlarla cinayət açılıb
21 aprel 2026, Çərşənbə axşamı
DİN: Aprelin 20-də keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra cinayətlərin üstü açılıb, silah-sursat və narkotiklər aşkarlanıb
22 aprel 2026, Çərşənbə
DİN: Polis əməkdaşları tərəfindən genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilib
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)
