Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » XİN yüzdən çox insanın həlak olduğu hadisə ilə bağlı başsağlığı verdi

XİN yüzdən çox insanın həlak olduğu hadisə ilə bağlı başsağlığı verdi

20 avqust 2026, Cümə axşamı
3
0
XİN yüzdən çox insanın həlak olduğu hadisə ilə bağlı başsağlığı verdi
 
Azərbaycan Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında qızıl mədənində baş verən hadisə ilə bağlı başsağlığı verib.
 
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib. 
 
“Mərkəzi Afrika Respublikasında qızıl mədənində çox sayda insanın həlak olması və yaralanması ilə nəticələnən insident xəbəri bizi dərindən kədərləndirdi. 
 
Həlak olanların ailələrinə, Mərkəzi Afrika Respublikası xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə məlumatda qeyd olunub. 
 
Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında qızıl mədənində baş verən uçqun nəticəsində 100-dən çox insan həlak olub.
Şərh yaz
Şərhlər (0)