Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Rəsmi Bakı Pakistana başsağlığı verdi

Rəsmi Bakı Pakistana başsağlığı verdi

03 avqust 2026, Bazar ertəsi
4
0
Rəsmi Bakı Pakistana başsağlığı verdi
 
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda kömür mədənində baş verən hadisə ilə bağlı başsağlığı verib.
 
 XİN bu barədə “X” hesabında paylaşım edib.
 
“Pakistanın Bəlucistan əyalətində kömür mədənində bir çox insanın ölümünə və xəsarət almasına səbəb olan dəhşətli qəza ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, həmçinin qardaş Pakistan xalqına və hökumətinə səmimi başsağlığımızı çatdırırıq.
 
Yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş bütün şəxslərin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik”, - məlumatda qeyd olunub.
 
Qeyd edək ki, iyulun 31-də Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində 34 nəfər həlak olub.
Şərh yaz
Şərhlər (0)