Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Əliyev Berlində rəsmi qarşılandı - Video

Əliyev Berlində rəsmi qarşılandı - Video

21 iyul 2026, Çərşənbə axşamı
1
0
Əliyev Berlində rəsmi qarşılandı - Video
 
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.
 
“Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlət başçısını qarşılayıb.
 
Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edilib.
 
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına və Federal Kanslerə raport verib.
 
Azərbaycan və Almaniyanın Dövlət himnləri səsləndirilib.
 
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Şərh yaz
Şərhlər (0)