Telefon:
+994 55 670 70 88
Xəbərçi » Gündəm » Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - VİDEO

Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - VİDEO

10 fevral 2026, Çərşənbə axşamı
1
0
Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - VİDEO
 
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.
"Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
 
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.
 
Fəxri qarovul dəstəsinin rəisi ABŞ-nin Vitse-prezidentinə raport verib.
 
Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
 
Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.
 
Sonra rəsmi foto çəkdirilib.
 
Şərh yaz
Şərhlər (0)