Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Bu gün Bakı metrosunda iş saatı uzadılacaq

Bu gün Bakı metrosunda iş saatı uzadılacaq

05 noyabr 2025, Çərşənbə
2
0
Bu gün Bakı metrosunda iş saatı uzadılacaq
 
Bakı Metropoliteni "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.
 
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
 
Bildirilib ki, noyabrın 5-dən 6-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.
 
 
"Azarkeşlərin rahat və təhlükəsiz gedişini təmin etmək məqsədilə metropoliten gücləndirilmiş iş qrafikində fəaliyyət göstərəcək.
 
 
"Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət və işçi qüvvəsi artırılacaq.
 
"Gənclik" stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər. 
 
Ehtiyat qatarlar zərurət yarandıqda xəttə buraxılmağa hazır olacaq", - məlumatda qeyd edilib.
Şərh yaz
Şərhlər (0)