Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Kral ailəsinə Azərbaycandan hədiyyə! - Fotolar

Kral ailəsinə Azərbaycandan hədiyyə! - Fotolar

18 may 2026, Bazar ertəsi
2
0
Kral ailəsinə Azərbaycandan hədiyyə! - Fotolar
 
Ənənəvi olaraq bu il də “Royal Windsor Horse Show” tədbirində “Mangal Zugulba” və “Zugulba Saray” komandası Azərbaycanı layiqincə təmsil edib.
 
“ “Zugulba Mangal Steak House”un rəhbəri Namik Məmmədov başda olmaqla, komanda tədbir qonaqlarına Azərbaycanın zəngin milli mətbəxini, xüsusi təamlarını, müxtəlif çay çeşidlərini, eləcə də, milli şirniyyatlarımız olan şəkərbura və paxlavanı təqdim edib.
 
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Fedrasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə xüsusilə kral ailəsinə təqdim olunan Azərbaycan çayı, milli təamlar və ənənəvi şirniyyatlarımız qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
 
Tədbirin fəxri qonaqları sırasında olan Şahzadə Edvard və Şahzadə Sofi Azərbaycan qonaqpərvərliyi ilə yaxından tanış olublar.
 
Eyni zamanda, “Mangal Steak House Zugulba”nın rəhbəri Namik Məmmədov zəngin Qarabağ mətbəxinə həsr olunmuş və ingilis dilinə tərcümə edilmiş xüsusi kitabı Şahzadə Edvarda təqdim edib.
Azərbaycanın milli sərvəti sayılan, Abşeron yarımadasında yetişən təbii zəfəran və “Lankaran Tea” şirkətinin rəhbəri Araz Yaqubov tərəfindən təqdim olunan Azərbaycan çayı qonaqlar tərəfindən xüsusi diqqət və maraqla qarşılanıb.
 


Şərh yaz
Şərhlər (0)