Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.
aia.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media mənsubları, həmkarlar ittifaqlarının çoxsaylı üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ulu Öndərin zəngin və mənalı həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub.
Tədbirdə xalqımızı ağır sınaqlardan çıxaran, ölkəni dərin ictimai-siyasi və iqtisadi böhran vəziyyətindən xilas edən, müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin ölkəmizin davamlı inkişaf və tərəqqi yolunun möhkəm təməlini formalaşdırdığı, bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda bütün sahələr dinamik inkişaf edir, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir, nüfuzu ildən-ilə artır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan mühüm nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, milli həmrəyliyin, güclü siyasi iradənin və qüdrətli dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Bu uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və milli dövlətçilik ideyaları dayanır.
Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafına, milli-mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələr xüsusi qeyd olunub, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışılıb.
Tədbir Ümummilli Liderin rəğbət bəslədiyi musiqi və poeziya nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri - Mənsum İbrahimov və Niyaməddin Musayev, əməkdar artistlər - Gülüstan Əliyeva, Təyyar Bayramov, Ramil Qasımov və digər tanınmış incəsənət nümayəndələrinin ifaları böyük maraqla qarşılanıb.














Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
09 fevral 2026, Bazar ertəsi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub -Fotolar
02 dekabr 2025, Çərşənbə axşamı
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub -Fotolar
06 may 2026, Çərşənbə
Aqiyə Naxçıvanlı: “Ulu Öndərin dövlətə bağlılıq, xalqa xidmət və Vətənə sonsuz sədaqət kimi ali dəyərləri bizim həyat amalımıza çevrildi”
06 noyabr 2025, Cümə axşamı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar
Şərhlər (0)
