Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Azərbaycanda 14 gün iş olmayacaq - Tarixlər

Azərbaycanda 14 gün iş olmayacaq - Tarixlər

12 yanvar 2026, Bazar ertəsi
4
0
Azərbaycanda 14 gün iş olmayacaq - Tarixlər
 
Azərbaycanda 2026-cı ilin istehsalat təqviminə əsasən mayda iki tarixi gün və bir bayrama görə qeyri-iş günləri olacaq.
 
 Metbuat.az xəbər verir ki, 9 May Faşizm üzərində Qələbə Günü, 28 May Müstəqillik Günüdür. Həmçinin Azərbaycanda rəsmi olaraq Qurban bayramı 27, 28 may tarixlərində olacaq.
 
Belə ki, 9 May Faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyindən 11 may tarixi də qeyri-iş günü olacaq.
 
27, 28 may tarixləri isə həm Qurban bayramına, həm də Müstəqillik Gününə təsadüf edir. Bu tarixlər isə müvafiq olaraq çərşənbə və çərşənbə axşamına təsadüf edir. Bayramlar üst-üstə düşdüyündən 29 may tarixində də qeyri-iş günü gözlənilir.
 
Ümumilikdə bayramlara görə, mayda 9, 11, 27, 28, 29 qeyri-iş günləridir. Şənbə və bazar da daxil olmaqla 14 gün iş olmayacaq.

Daha çox xəbər:

Şərh yaz
Şərhlər (0)