Azərbaycanda qısa iş günüdür

Bu gün Azərbaycanda qısa iş günüdür.
“Bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.
Belə ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr Bayraq Günüdür.
Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.
Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
Qeyd edək ki, 8-9 noyabr tarixləri şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq. Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.
Daha çox xəbər:
06 noyabr 2025, Cümə axşamı
Famil Bağıyev: Qarabağ yalnız Azərbaycan üçün deyil, dünya üçün nümunəvi yenidənqurma modeli olacaq
06 noyabr 2025, Cümə axşamı
Şahlar Hüseynov: Qələbənin Beşinci İli: Şuşadan Başlayan Zəfər Yolu və Yenidən Doğulan Qarabağ
Şərhlər (0)


