Tulin və tələbəsi saxlanıldı

Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə boksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi saxlanılıb.
APA xəbər verir ki, dekabrın 4-də onlar 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha çox xəbər:
04 dekabr 2025, Cümə axşamı
Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB
Şərhlər (0)




