Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Maşına zorla mindirib apararaq döydülər - 3 qazi saxlanıldı

Maşına zorla mindirib apararaq döydülər - 3 qazi saxlanıldı

30 oktyabr 2025, Cümə axşamı
2
0
Maşına zorla mindirib apararaq döydülər - 3 qazi saxlanıldı
 
Lənkəranda bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.
 
“Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 28-də gecə saatlarında baş verib.
 
Belə ki, 1993-cü il təvəllüdlü Hirkan qəsəbə sakini Alim Şükürzadə 1996-cı il təvəllüdlü Lənkəran sakini Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.
 
Orada A.Şükürzadə dostları - 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.
 
 
Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb.
 
Onların sərxoş vəziyyətdə olması müəyyənləşib.
 
Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Şərh yaz
Şərhlər (0)