Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » İki şəhidin məzarı qarət olundu - Video

İki şəhidin məzarı qarət olundu - Video

20 noyabr 2025, Cümə axşamı
2
0
İki şəhidin məzarı qarət olundu - Video
 
Bakıda 2 Vətən Müharibəsi şəhidinin məzarı qarət edilib.
 
“Hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.
 
Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb.
 
Onun oğurlanan yeganə əşyaları (döyüş dəbilqəsi və çəkmələri) 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurmuş.
 
Digər şəhid Fəxri Məmmədovun atası Habil Fəxri isə deyir ki, hadisəni eşidəndəndən dərin sarsıntı içərisindədirlər:
 
“Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar”.
 
Hadisə ilə bağlı DİN-dən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
 
Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
 
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
 
Şərh yaz
Şərhlər (0)