Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb.
Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı məktəb rəhbərliyi və şagirdlərin valideynləri məlumatlandırılıblar.
"Şagirdlərlə polis əməkdaşları profilaktik söhbətlər aparıblar. Onlara bu kimi halların yolverilməz olduğu izah edilib və gələcəkdə təkrarlandığı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunub", - deyə L.İsrəfilli qeyd edib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
14 dekabr 2025, Bazar günü
Mehparə Mustafayeva: Təhsilin və İnsanlıq Dəyərlərinin Sədaqətli Nümunəsi
Şərhlər (0)



