Telefon:
+994 55 670 70 88
Xəbərçi » Təhsil » Bilik gününə belə başladılar - FOTOLAR

Bilik gününə belə başladılar - FOTOLAR

15 sentyabr 2026, Çərşənbə axşamı
0
0
Bilik gününə belə başladılar - FOTOLAR
 
Bu gün Azərbaycanda Bilik Günüdür. Sentyabrın 15-dən etibarən ölkənin bütün təhsil müəssisələrində 2026–2027-ci tədris ili başlayır.
 
Yeni tədris ilində 124 mindən çox uşaq birinci sinfə qəbul olunub. Onlar bu gün məktəb yollarına ilk addımlarını atacaqlar.
Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilinin təşkili ilə bağlı müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.
 
2026–2027-ci tədris ilində ümumilikdə 2,2 milyon təhsilalanın tədrisə başlaması gözlənilir. Onlardan 1,6 milyonu ümumi təhsil, 260 mini ali təhsil, 226 mini məktəbəqədər təhsil, 64 mini orta ixtisas və 44 mini peşə təhsili üzrə təhsil alacaq.
 
Azad edilmiş ərazilərdə yeni məktəblər
 
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə də təhsil infrastrukturu genişləndirilir.
 
Əvvəlki illərdə həmin ərazilərdə 12 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərirdisə, bu il daha 11 müəssisə fəaliyyətə başlayacaq. Beləliklə, azad edilmiş ərazilərdə məktəbəqədər təhsil müəssisələrinin sayı 23-ə çatacaq. Bu müəssisələrdə ümumilikdə 458 uşağın təhsil alması nəzərdə tutulur.
 
Sentyabrın 15-nə olan məlumata əsasən, azad edilmiş ərazilərdə daha 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayır. Bununla da həmin ərazilərdə ümumi təhsil müəssisələrinin sayı 29-a çatır.
 
Köç proqramına uyğun olaraq oktyabr, noyabr və dekabr aylarında da yeni məktəblərin istifadəyə verilməsi planlaşdırılır.
 
600 məktəbdə təmir aparılıb
 
Son illər ərzində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 20–25 il ərzində isə Azərbaycanda 4 minədək məktəb binası tikilib.
Bu il 600 məktəbdə təmir işləri aparılıb. Yeni tədris ilində 37 yeni təhsil müəssisəsi fəaliyyətə başlayır. Daha 41 müəssisədə təmir-tikinti işləri davam etdirilir, 125 müəssisədə isə layihələndirmə işləri aparılır.
Şərh yaz
Şərhlər (0)