"Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ

Sabiq MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümünə dair aparılan təhqiqat çərçivəsində "Kurtlar Vadisi" serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysanın prokurorluqda verdikləri ifadənin təfərrüatları məlum olub.
Silivri Cümhuriyyət Baş Prokurorluğu tərəfindən 2011-ci ildə Silivri həbsxanasında vəfat edən K.Kozinoğlunun ölümü ilə bağlı başlanılan təhqiqat davam edir.
Araşdırmalar çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının ssenaristləri "məlumatlı şəxs" qismində dindirilmək üçün Silivri Məhkəməsinə çağırılıblar.
Şaşmaz, Özdener və Aysan təxminən 2 saat davam edən ifadə prosesindən sonra məhkəmə binasını tərk ediblər.
Jurnalist Sinan Burhan "tv100" telekanalındakı açıqlamasında üç ssenaristin ifadəsindən detalları paylaşıb.
Məlumata görə, prokurorluq ssenaristlərə “Kozinoğlu ilə bağlı ssenari necə yazıldı? Hər hansı şəxs və ya qurumdan təsirləndinizmi, sizə ssenari təzyiqi olundumu?” sualını ünvanlayıb.
Ssenaristlər isə cavablarında hər hansı kənar müdaxiləni təkzib ediblər: "Xeyr, bizə hər hansı şəxs və ya qurum tərəfindən heç bir təzyiq olunmayıb. Bizim mətnimiz təbii axarında inkişaf edən bir mətndir. Təsadüfən üst-üstə düşüb. Hər hansı qərəz yoxdur".
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
12 fevral 2026, Cümə axşamı
Bu necə işdir: Prokurorluq Epşteynin intiharından bir gün əvvəl onun ölümünü elan edib
31 avqust 2026, Bazar ertəsi
“Teatrı sökdü, yerində 22 mərtəbəli göydələn tikdi” – Polad Bülbüloğlu ilə bağlı YENİ İDDİALAR
11 iyun 2026, Cümə axşamı
Əsgərin ölüm işində yeni fakt üzə çıxdı–Xəstə olduğundan andiçmə mərasiminə belə qatılmayıbmış
Şərhlər (0)

