Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Bakı metrosu bu gün iş rejimini dəyişdirəcək

Bakı metrosu bu gün iş rejimini dəyişdirəcək

13 avqust 2026, Cümə axşamı
2
0
Bakı metrosu bu gün iş rejimini dəyişdirəcək
 
Bu gün “Qarabağ”ın UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyev “Dinamo”suna qarşı keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.
 
“Bu barədə qurum məlumat yayıb.
 
Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
 
Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.
Şərh yaz
Şərhlər (0)