Bakının mərkəzində obyekt və mənzillər yanıb

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 360kv.m. olan obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin tavanı, içərisində sarj avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 38kv.m. olan ikiotaqlı mənzilin döşəməsi 12kv.m sahədə və ümumi sahəsi 75kv.m. olan digər ikiotaqlı mənzilin döşəməsi 9kv.m. sahədə yanıb.
Obyektin və və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
Daha çox xəbər:
05 dekabr 2025, Cümə
Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
09 aprel 2026, Cümə axşamı
Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)


