Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Avtomobil salonunda yanğın - Video

Avtomobil salonunda yanğın - Video

11 avqust 2026, Çərşənbə axşamı
3
0
Avtomobil salonunda yanğın - Video
 
Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verib.
 
“Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200 kv.m. olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət göstərən obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin ofis otağında baş vermiş yanğın genişlənməsinə, o cümlədən avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində ümumi sahəsi 15 kv.m. olan otağın yanar konstruksiyaları yanıb, salonda yerləşən “BMW” markalı minik avtomobilinin arxa bamperi və işığı deformasiya edib.
 
Obyektin böyük hissəsi və içərisində park edilmiş avtomobillər yanğından mühafizə olunub.
 
 
 
Şərh yaz
Şərhlər (0)