Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ

“Evlərini əvəzləşmə qaydasında MTK-ya verən - “evimi sök, amma mənə yeni binada ev ver” deyən - vətəndaşların diqqətinə. Aranızda bağlanan müqavilədə, evinizin hansı formada təmir olunacağını, ora hansı avadanlıqların, mebellərin quraşdırılacağını dəqiq göstərin”.
Bunu hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, müqavilədə qeyd edilən "tam təmirli" və ya "təmirli ev verəcəkdir" ifadəsi qeyri-müəyyəndir:
“Məsələn, hamama kafel vuracaq, amma əlyuyan, unitaz qoyacaqmı? Pollar laminat olacaq, yoxsa taxta? Bunları müqavilədə göstərin”, - deyə o qeyd edib.
Hüquqşünas müqavilənin dəqiq olmamasının tərəfləri məhkəməlik etdiyini söyləyib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
28 oktyabr 2025, Çərşənbə axşamı
Ramiz Mehdiyevin məktubundakı ifşanın detalları: "Məkri keçmədi..."
Şərhlər (0)



