Вернуться назад Распечатать

Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ

Evlərini əvəzləşmə qaydasında MTK-ya verənlərə XƏBƏRDARLIQ
 
“Evlərini əvəzləşmə qaydasında MTK-ya verən - “evimi sök, amma mənə yeni binada ev ver” deyən - vətəndaşların diqqətinə.  Aranızda bağlanan müqavilədə, evinizin hansı formada təmir olunacağını, ora hansı avadanlıqların, mebellərin quraşdırılacağını dəqiq göstərin”.
 
Bunu hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, müqavilədə qeyd edilən "tam təmirli" və ya "təmirli ev verəcəkdir" ifadəsi qeyri-müəyyəndir:
 
“Məsələn, hamama kafel vuracaq, amma əlyuyan, unitaz qoyacaqmı? Pollar laminat olacaq, yoxsa taxta? Bunları müqavilədə göstərin”, - deyə o qeyd edib.
 
Hüquqşünas müqavilənin dəqiq olmamasının tərəfləri məhkəməlik etdiyini söyləyib.