Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Əfsanənin yasa dönən toyundan görüntülər - Video

Əfsanənin yasa dönən toyundan görüntülər - Video

30 oktyabr 2025, Cümə axşamı
3
0
Əfsanənin yasa dönən toyundan görüntülər - Video
 
Astarada faciəli şəkildə həyatını itirən 17 yaşlı Əfsanə İmanovanın toyundan görüntülər yayılıb.
 
“Qafqazinfo” xəbər verir ki, görüntülərdə onun bəylə birgə şadlıq evinə daxil olması əks olunub.
 
Bildirilib ki, toy mərasimi oktyabrın 28-i Astaradakı şadlıq saraylarının birində keçirilib.
 
 7 aylıq hamilə olan Əfsanə daha sonra özünü pis hiss edib. Gecə saatlarında xəstəxanaya çatdırılan Ə.İmanova oktyabrın 29-u saat 06 radələrində vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Əfsanədən əvvəl bətnindəki döl ölübmüş.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/215291.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>
Şərh yaz
Şərhlər (0)