Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

27 mart 2026, Cümə
4
0
 
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,55 ABŞ dolları və ya 6,6 % artaraq 121,25 ABŞ dolları təşkil edib.
 
Hərracların nəticələri xəbər verir ki, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 117,49 ABŞ dolları təşkil edib.
 
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 7,17 ABŞ dolları və ya 6,7 % artaraq 114,41 ABŞ dolları təşkil edib.
 
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Şərh yaz
Şərhlər (0)