Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,72 ABŞ dolları və yaxud 7,6 % artaraq 94,62 ABŞ dolları təşkil edib.
Hərracların nəticələri məlumat verir ki, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 94,20 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,81 ABŞ dolları və ya 8,1 % artaraq 90,5 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)




