Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto

06 fevral 2026, Cümə
1
0
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
 
Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimin kimliyi məlum olub.
 
“Qafqazinfo” xəbər verir ki, odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur.
 
O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin il universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb.
 
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
 
Şərh yaz
Şərhlər (0)