Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var

“İdrak” liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu “İdrak” liseyindən çağırış qeydə alınıb.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: “Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.
Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.
Daha çox xəbər:
05 dekabr 2025, Cümə
Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)



