Ukrayna ordusuna əsir düşən azərbaycanlı kömək istədi - Video

Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən şəxslər arasında Azərbaycan vətəndaşı da var.
“Musavat.com” xəbər verir ki, bu barədə Ukrayna jurnalisti Yuri Butusov məlumat yayıb.
Əsir düşən şəxs 1982-ci il təvəllüdlü Əhmədov Azər Arzuman oğludur. Onun Rusiya ordusunun tərkibində döyüşdüyü bildirilir.
Paylaşıma Azər Əhmədovun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı videomüraciət də əlavə edilib. Müraciətdə Ukrayna ərazisində əsirlikdə saxlanılan azərbaycanlı vətəndaşın vətənə qaytarılması üçün rəsmi Bakının vasitəçilik göstərməsi xahiş edilir: “Gəncədə anadan olmuşam, Sankt-Peterburqda yaşayıram. Səhv, axmaqlıq edib Rusiya Federasiyası ilə müqavilə bağlamışam. Mən əsir düşmüşəm. Xahiş edirəm ki, məni Ukraynadan çıxarasınız. Anam tək qalıb, başqa heç kimim yoxdur. Mənə vətənimə qayıtmağım üçün köməklik göstərin”.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
29 oktyabr 2025, Çərşənbə
“Xəqani Əhmədov: Beyləqan Bazarının İnkişafında İnam və Səylə Öndə Gedən Lider”
Şərhlər (0)



