Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Sərhəddə PUA zərərsizləşdirilib

Sərhəddə PUA zərərsizləşdirilib

24 yanvar 2026, Şənbə
3
0
Sərhəddə PUA zərərsizləşdirilib
 
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.
 
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, yanvar ayının 18-də Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
 
Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
 
Hadisə yerinə baxış zamanı ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana götürülüb.
 
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
Şərh yaz
Şərhlər (0)