Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » İrandan Azərbaycana 35 kq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 35 kq narkotikin keçirilməsinin qarşısı alınıb

23 oktyabr 2025, Cümə axşamı
3
0
İrandan Azərbaycana 35 kq narkotikin keçirilməsinin qarşısı alınıb
 
Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
 
Bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 35 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
 
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərh yaz
Şərhlər (0)