Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur

Azərbaycanda qatlanan cib bıçaqlarının satışının qadağan edilməsi təklif olunur.
Bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərli komitənin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, həmin vasitələr daha çox yeniyetmə və gənclər üçün maraqlıdır:
"Gənclər arasında bıçaqlanma hadisələrinin tez-tez baş verməsi təəssüf doğurur. Statistika göstərir ki, hadisələr daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla törədilir. Ona görə də həmin bıçaqların satışı və istifadəsinin qadağan olunması məqsədəuyğundur".
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
26 dekabr 2025, Cümə
Səttar Möhbalıyev: "Qələbə fəlsəfəsindən idman strategiyasına və Azərbaycanın güclü idman dövləti modeli"
29 dekabr 2025, Bazar ertəsi
Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir
Şərhlər (0)

