Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Polis bu qədər silah-sursat aşkarladı

Polis bu qədər silah-sursat aşkarladı

08 yanvar 2026, Cümə axşamı
1
0
Polis bu qədər silah-sursat aşkarladı
 
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
 
“Qafqazinfo” xəbər verir ki, yanvarın 7-si polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 15 avtomat silahı, 3 pulemyot, 5 tapança aşkar edib.
 
Bundan başqa, 5 qumbara, 6 alışdırıcı, 39 tüfəng, 1 patron darağı və 5565 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
 
Tədbirlər davam etdirilir.
Şərh yaz
Şərhlər (0)