Telefon:
+994 55 670 70 88
Xəbərçi » Hadisə » Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı

Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı

03 dekabr 2025, Çərşənbə
3
0
Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı
 
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
 
“Qafqazinfo” xəbər verir ki, dekabrın 2-də polis əməkdaşları paytaxt, eləcə də respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 2 qumbaraatan və 1 tapança tapıb.
 
Bununla yanaşı, 8 qumbara, 5 alışdırıcı, 2 tüfəng, 52 patron darağı və 7016 ədəd müxtəlifçaplı patron da aşkar edilərək götürülüb.
Şərh yaz
Şərhlər (0)