Telefon:
+994 55 670 70 88
Xəbərçi » Təhsil » Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək

Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək

07 iyul 2026, Çərşənbə axşamı
7
0

Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək

Məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir.

Bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Şərh yaz
Şərhlər (0)