Üzərində Polad Həşimovun şəkli olan 3 minlik əsginas saxtadır - Rəsmi

Sosial şəbəkələrdə yeni 3000 (üç min) manatlıq əsginasın görüntüləri yayılıb.
Oxu.az xəbər verir ki, əsginasın bir üzündə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəkli, digər üzündə isə Şuşa qalası əks olunub.
Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, görüntülər saxtadır: “Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu yeddi ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və altı ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib”.
Daha çox xəbər:
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
11 dekabr 2025, Cümə axşamı
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib” - General məhkəməyə gəldi
Şərhlər (0)



