Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Nazir: Azərbaycan İranla münasibətlərinin dostluq istiqamətində olmasında maraqlıdır

Nazir: Azərbaycan İranla münasibətlərinin dostluq istiqamətində olmasında maraqlıdır

08 dekabr 2025, Bazar ertəsi
3
0
Nazir: Azərbaycan İranla münasibətlərinin dostluq istiqamətində olmasında maraqlıdır
 
"Azərbaycan–İran münasibətləri ali və yüksək səviyyəli səfərlər vasitəsilə inkişaf edir və bu münasibətlərə töhfə verir".
 
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
 
"Ölkələrimiz və xalqlarımız arasında dərin tarixi və dini köklər mövcuddur. Azərbaycan hər zaman İran–Azərbaycan münasibətlərinin dostluq istiqamətində olmasında maraqlıdır və bu barədə addımlar atılır. 2025-ci il bu baxımdan çox önəmli il olub”, - nazir bildirib.
 
Ceyhun Bayramov həmçinin qeyd edib ki, iki ölkə arasında İqtisadi Komissiyanın iclasları keçirilib: “İl ərzində mütəmadi kontaktlar mövcuddur və əlaqələr genişlənir. 2025-ci ilin ilk 10 ayında ticarət dövriyyəsi 520 milyon dollar civarında olub və bu istiqamətdə addımlar atılmaqdadır”.
 
Nazir eyni zamanda Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin 2026-cı ilin ilk aylarında başa çatacağını deyib.
Şərh yaz
Şərhlər (0)