İlham Əliyev Tailand kralını milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev Tailand kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuanı ölkənin milli bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Əlahəzrət,
Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu gün Azərbaycan ilə Tailand arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq dostluq əlaqələrimizin möhkəmlənməsi, səmərəli əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Daha çox xəbər:
01 dekabr 2025, Bazar ertəsi
İlham Əliyev Rumıniya Prezidentini milli bayram münasibətilə təbrik edib
28 oktyabr 2025, Çərşənbə axşamı
Azərbaycan lideri çexiyalı həmkarını milli bayram münasibətilə təbrik edib
Şərhlər (0)



